Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Belçika limanı “COSCO” konteyner terminalındakı payını satır

Zeebrugge limanı CSP Zeebrugge terminalındakı 5% payını Çin terminal operatoru “COSCO”-ya satıb.

“Seanews.az” xəbər verir ki,  “COSCO”-nun payı 85%-dən 90%-ə yüksəlib, terminalın qalan 10%-i “CMA CGM”-ə məxsusdur.

Terminal əvvəlcə Belçikanın “Katoen Natie” qrupuna daxil olan “Seaport Terminals” tərəfindən idarə olunurdu. 2006-cı ildə “Maersk APM Terminals”-a verildi, o isə 2010-cu ildə terminal operatorunda böyük payları Çin liman operatoru Şanxay Beynəlxalq Liman Qrupuna (“SIPG”) və “China Shipping”-ə satdı. 2017-ci ildə “COSCO” şirkəti  “APMT”-nin 51%-ni və “SIPG”-nin 25%-ni almağa razılaşdı. Sonra terminalın istismarı üçün konsessiya da Çin korporasiyasına verildi və Fransanın konteyner qrupu “CMA CGM” 10%-ni satın aldı.

Zeebrugge limanı rəhbərliyi limanın yeganə qalan konteyner terminalına dəstək əlaməti olaraq 2018-ci ilin may ayında CSP-dən terminalda 5% pay aldı. Cari satış Antverpen və Zeebrugge limanlarının birləşdirilməsi ilə bağlı əvvəllər elan edilmiş qərarla bağlıdır: birləşdirilən limanın rəhbərliyi terminal operatorlarına münasibətdə neytral mövqeyini saxlamaq istəyir. Müqavilənin dəyəri açıqlanmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır