

Almaniya şirkətinin nümayəndələri Aktau limanı ilə tanış olublar
Almaniyanın “Martrade Group” şirkətinin nümayəndələri limanın infrastrukturu ilə tanış olmaq və inkişafına mümkün sərmayə qoyuluşu məsələlərini müzakirə etmək üçün Qazaxıstanın Aktau limanında olublar.
“Seanews.az” xəbər verir ki, Qazaxıstanın nəqliyyat xidmətlərinə tələbin kəskin artması Aktau limanında konteyner terminalının tikintisi layihəsinin həyata keçirilməsini zərurətə çevirib.
“Martrade Group” -un dünyanın 8 ölkəsində - BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Çin, Türkiyə, Koreya və Böyük Britaniyada filialları və Ukrayna, Hindistan, İraq limanlarında terminalları var.
Son 28 il ərzində şirkətin bölmələri 30 milyon tondan çox yükü idarə edib və müştərilərə bütün təchizat zəncirini əhatə edən tam logistika konsepsiyası təqdim edib.