Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Kamçatka sularında traulerin 3 balıqçısı ehtiyatsızlığın qurbanı olub

Kamçatkada müstəntiqlər Rusiyanın "Kayros" balıqçı gəmisinin heyətinin üç üzvünün ölümündən sonra cinayət işi açıblar.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.

"İş zamanı heyətin 3 üzvü ehtiyatsızlıqdan həyatları bahasına başa gələn  bədən xəsarətləri alıb", - deyə məlumatda bildirilir.

Faciə cümə axşamı trauler Sakit okean akvatoriyasında, Kamçatka sahillərində olanda baş verib.

Hadisə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan iş zamanı təhlükəsizlik qaydalarını pozma) ilə araşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır