

Kamçatka sularında traulerin 3 balıqçısı ehtiyatsızlığın qurbanı olub
Kamçatkada müstəntiqlər Rusiyanın "Kayros" balıqçı gəmisinin heyətinin üç üzvünün ölümündən sonra cinayət işi açıblar.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
"İş zamanı heyətin 3 üzvü ehtiyatsızlıqdan həyatları bahasına başa gələn bədən xəsarətləri alıb", - deyə məlumatda bildirilir.
Faciə cümə axşamı trauler Sakit okean akvatoriyasında, Kamçatka sahillərində olanda baş verib.
Hadisə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan iş zamanı təhlükəsizlik qaydalarını pozma) ilə araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır