Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Livan hakimiyyəti Beyrut dəniz limanında 2020-ci ildə partlayış nəticəsində dağılmış elevatoru sökəcək

Livan hökuməti Beyrut dəniz limanında 2020-ci il avqustun 4-də baş vermiş partlayış nəticəsində ciddi zədələnmiş elevatorun sökülməsinə qərar verib.

“Seanews.az” xəbər verir ki, İnformasiya naziri Ziyad Məkkarinin fikrincə, silos qüllələrinin təmiri çox baha başa gələr. Texniki ekspertiza aparan İsveçrə şirkətinin mütəxəssisləri isə onların yaxın aylarda çökə biləcəyini düşünürlər.

Livanın Yenidənqurma və İnkişaf Şurasına “Beyrut limanında buğda və qarğıdalı üçün silos qüllələrinin  sökülməsini həyata keçirmək tapşırılıb”.

Öz növbəsində mədəniyyət naziri Məhəmməd Murtada qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ərzaq təhlükəsizliyindən doğur. "Ukrayna böhranı fonunda Livan strateji taxıl ehtiyatları yaratmalıdır, ölkənin yeni silos anbarına ehtiyacı var", - deyə  vurğulayıb.

Silos anbarlarının tutumu 120 min ton olub və Livana daxil olan taxılın 75%-i onlardan keçirmiş.

Partlayış qurbanlarının yaxınları isə 1969-cu ildə tikilmiş taxıl anbarının sökülməsinə etiraz ediblər. Onlar hökumətə müraciətdə silos anbarlarının abidə kimi qorunub saxlanmasına çağırıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır