Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Vyetnamda konteyner donanması yaratmaq barədə fikirləşirlər

Konteyner donanmasının yaradılması təklifi aprelin 18-də Vyetnam Logistika Biznes Assosiasiyasında (VLA) səsləndirilib.

“Seanews.az” xəbər verir ki, yeni gəmilərin inşası, köhnələrinin alınması, habelə konteynerlərin əldə edilməsi üçün 1,5 milyard dollar vəsaitin lazım olacağı bildirilir.

VLA-ya görə, limanlardakı sıxlıq və təchizat zəncirinin pozulması konteyner daşıma tariflərinin kəskin artması ilə nəticələnib və Vyetnam mallarının rəqabət qabiliyyətinə zərbə vurub.

Ümid edirlər ki, konteyner donanmasının yaradılması xarici gəmiçilik xətlərinin müdaxiləsini məhdudlaşdıracaq və logistika xərclərini azaldacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır