

Yüksək xidmət sərnişinlərin sayını artırmağa imkan verəcək
Fransanın San Malo limanı sərnişin və bərə gəmilərinin qəbulu üzrə ixtisaslaşan Naye terminalının yenidən qurulması proqramını elan edib. Limanın sahibi Brettani hökuməti tərəfindən 150 milyon avro məbləğində maliyyə vəsaiti ayrılıb.
“Seanews.az” xəbər verir ki, terminalın yenilənməsi işlərinə 2024-cü ildə start veriləcək. Yenilənmiş terminalın istismara verilməsi isə 2026-cı ilə planlaşdırılır.
Layihənin məqsədi Sen-Malo (Fransa) - Portsmut (Böyük Britaniya), Saint-Malo (Fransa) - Cersi adası (Böyük Britaniya), Saint-Malo (Fransa) - Guernesey adası (Böyük Britaniya) gəmi-bərə xətlərində yüksək xidmət və infrastrukturun təkmilləşdirilməsi yolu ilə limandan istifadə edən sərnişinlərin sayını 750.000 nəfərdən ildə 850.000 nəfərədək artırmaqdır.
Modernləşdirmə layihəsi dəniz vağzalının müasir ikimərtəbəli binasının tikintisini də nəzərdə tutur.