Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Amerika şirkəti Avropa layihəsinə qoşulub

Amerikanın süni intellekt, avtonom gəmi idarəetmə sistemləri, nəzarət və məlumatlılığın inkişafetdiricisi şirkəti “Sea Machines Robotics” (Boston) 2025-ci ilə qədər avtonom gəmiçilik logistika ekosistemini yaratmaq üçün Avropa layihəsi olan “One Sea”-yə qoşulub.

“Seanews.az” xəbər verir ki,  “Sea Machines” 2015-ci ildən gəmilərin təhlükəsizliyi və səmərəliliyini artırmaq, beynəlxalq şəbəkəsi vasitəsilə avtonom naviqasiya texnologiyasını sınaqdan keçirən donanmaları idarə etmək üçün ağıllı texnologiyaları inkişaf etdirir.

“Sea Machines Robotics” şirkətiningəmiqayırma və dəniz məhsulları üzrə baş direktoru Dryu Orvieto “One Sea” ekosisteminin idarə heyətinin ABŞ-dan ilk üzvü olacaq.

2016-cı ildə başlanmış və dövlət-özəl tərəfdaşlığı prinsipləri əsasında fəaliyyət göstərən bu layihədə “ABB”, “Cargotec”, “Finnpilot”, “Fintraffic”, “Haltian”, “Kongsberg”, “Monohakobi Institute of Technology”, “TietoEVRY”, “Wartsila”, “Rolls Royce”, “Meyer Turku”, “FinnFerries”, “Ericsson” kimi şirkətlər və gəmi idarəçiliyinin müxtəlif aspektləri ilə məşğul olan təşkilatlar iştirak edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır