Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Tunis sahilində batmış gəmidən dənizə neft sızıntısı aşkarlanmayıb

Aprelin 16-da Tunis sahilində pis hava şəraiti səbəbindən batmış 750 ton neft yüklü “Xelo” gəmisindən dənizə sızıntı aşkarlanmayıb.

AZƏRTAC xəbər verir ki, Tunis rəsmiləri dalğıcların gəminin batdığı Qabes rayonu ərazisində dənizin dibini təftiş etdiklərini və ekoloji fəlakət üçün heç bir səbəb olmadığını bildiriblər.

Tunisin ətraf mühitin mühafizəsi naziri Leyla Çixaoyi jurnalistlərə müsahibəsində deyib ki, hazırda qəza bölgəsində ekoloji vəziyyət nəzarət altındadır. Onun sözlərinə görə, İtaliya mütəxəssisləri 58 metr uzunluğu və 9 metr eni olan gəminin çıxarılması və sahilə çəkilməsi üzrə aparılan işlərə kömək edəcəklər.

Xatırladaq ki, Ekvatorial Qvineya bayrağı altında və Malta istiqamətində hərəkət edən gəminin heyəti arasında Azərbaycan və Türkiyə vətəndaşları olublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır