

Doğranması planlaşdırılan gəmidə yanğın baş verib
Aprelin 13-də Solombala tərsanəsinin açıq quru dokunda doğranması planlaşdırılan “Genrikh Gasanov” gəmisində yanğın baş verib.
“Seanews.az” Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayəti üzrə Baş İdarəsinin məlumatına istinadən xəbər verir ki, gəmidə çalışan işçi qrupunun mütəxəssisləri özləri gəmini tərk ediblər.
Hadisə yerinə 7 texnika və 28 yanğınsöndürən cəlb edilib və yanğın söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır