Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Kork limanı aprel-noyabr aylarında 90-a yaxın kruiz gəmisini qəbul edəcək

İrlandiyanın cənubundakı Kork limanının rəhbərliyi və “Cruise Ireland” kruiz operatoru pandemiyaya görə iki illik fasilədən sonra kruiz səfərlərinin və sərnişin xidmətinin bərpasını alqışlayıblar.

“Seanews.az” xəbər verir ki, martın 29-da “Vikinq Venera” kruiz layneri Dun Laoger limanına daxil olub.

Sərnişin gəmilərinin səfərlərinin bərpası hakimiyyət orqanları ilə kruiz daşımaları bazarının iştirakçıları arasında məsləhətləşmələrdən və zəruri təhlükəsizlik prosedurlarının hazırlanmasından sonra mümkün olub.

Kruiz sənayesi milli iqtisadiyyata 70 milyon avro və pandemiyadan əvvəl ildə orta hesabla 100 kruiz gəmisinə ev sahibliyi edən Kork limanının büdcəsinə ildə təxminən 14 milyon avro töhfə verirdi.

2022-ci ilin aprelindən noyabr ayına qədər təxminən 90 kruiz gəmisinin limana girişi planlaşdırılır. İlk giriş Britaniyanın “Borealis” kruiz gəmisinə qismət olacaq. Layner aprelin 15-də Kobe terminalına yan alacaq.

Kork İrlandiyanın cənubuna xidmət edən əsas limandır. Burada ən müxtəlif növ yükləri aşırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır