Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Cənubi Koreya balıqçı gəmilərin əcnəbi heyətləri üçün qalma icazələrini uzatmaq qərarına gəlib

Cənubi Koreyanın Ədliyyə Nazirliyi əcnəbi balıqçı briqadalarının üzvlərinin ölkədə qalma icazəsinin bir il müddətinə uzadılması barədə qərar qəbul edib.

“Seanews.az” xəbər verir ki, balıqçılıq sənayesində işçi çatışmazlığını azaltmaq üçün qəbul edilən bu qərarla ölkədə qanuni olaraq gəmi heyətinin ixtisaslı üzvü olan və iş icazəsi aprelin 1-dən dekabrın 31-dək olan müddətdə başa çatan şəxslərin yaşayış icazəsi avtomatik olaraq bir il uzadılacaq.

Ədliyyə Nazirliyinin bu qərarından təxminən 950 əcnəbi balıqçının faydalanacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır