Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Şimali Kiprə sahil mühafizə katerləri təhvil verilib

Türkiyənin “Ares” Gəmiqayırma Zavodunda inşa olunan 3 ədəd sürətli patrul kateri Şimali Kiprin Sahil Mühafizə Komandanlığına təhvil verilib.

“Seanews.az” xəbər verir ki, “Ares 35 FPB” sahil mühafizə katerləri Girne limanında təşkil edilən mərasimlə Şimali Kiprin arsenalına daxil edilib.

Karbonla gücləndirilmiş qabaqcıl kompozit materialdan hazırlanan katerlərin uzunluğu 11,90 metr, eni 3,76 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır