

Türkiyədən Yunan adalarına sərnişin daşımaları bərpa olunub
İki ildir koronavirus pandemiyası səbəbindən dayandırılan Yunanıstan adaları ilə Türkiyə arasında sərnişin daşımaları bərpa olunub.
"Seanews.az" xəbər verir ki, tur gəmiləri maksimum 49 nəfər sərnişinlə Yunanıstana daxil ola biləcəklər.
Giriş üçün səyahətdən maksimum 72 saat əvvəl keçirilmiş PCR testi, həmçinin etibarlı Şengen vizası və ya Yunan adalarına gəldikdən sonra 35 avro dəyərində sadələşdirilmiş viza tələb olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır