Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Dəniz külək turbinlərinin quraşdırılması üçün qaldırıcı gəmi suya buraxılıb

Çinin “COSCO Shipping Shipyard” zavodunda dəniz külək turbinlərinin quraşdırılması üçün qaldırıcı gəmi suya buraxılıb.

“Seanews.az” xəbər verir ki, "Voltaire"  adlandırılan gəminin cari ilin ikinci yarısında istismara verilməsi planlaşdırılır.

“Jan De Nul” şirkəti tərəfindən sifariş edilmiş yeni gəminin baş kranının yükqaldırma qabiliyyəti 3 min tondur. 130 metr uzunluğunda dörd nəhəng dayaq 80 metrə qədər dərinlikdə və 16 min tona qədər qaldırılmış yüklə işləməyə imkan verəcək.

“Jan De Nul”-un digər gəmisi “Vole Au Vent” ilə müqayisədə “Voltaire”-nin göyərtəsinin iki dəfə geniş olması, onun yeni nəsil dəniz külək turbininin komponentlərini daşımaq imkanını da xeyli artırır.

Gəmi tullantıların azaldılması və nəzarət texnologiyası ilə təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır