

Koreyada dövlətə məxsus bank gəmiqayırma zavodunu işlətməyə razı olacaq yerli şirkət axtarır
“Seanews.az” xəbər verir ki,Avropa Komissiyası iki həftə əvvəl “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) və “Hyundai Heavy Industries” (“HHI”) tərsanələrinin birləşdirilməsinə dair razılaşmanın qarşısını aldıqdan sonra Cənubi Koreya “DSME”-nin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün başqa imkanlar axtarır. Xüsusilə, son 10 ildə “DSME”-nin kreditoru olan dövlətə məxsus Koreya İnkişaf Bankı gəmiqayırma zavodunu işlətməyə razı olacaq yerli şirkət tapmağı planlaşdırır.
“Hyundai Heavy Industries” şirkəti “Hyundai Gunsan” zavodunu 2009-cu ildə inşa edib. 2017-ci ildə gəmiqayırma zavodu sifarişlərin yoxluğu səbəbindən fəaliiyətini müvəqqəti dayandırmışdı.
Sahəsi 1,8 milyon kvadratmetr olan müəssisənin 700 metr uzunluğunda nəhəng quru doku və 1,6 min ton yükqaldırma qabiliyyəti olan kranı var.