Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Sərxoş dənizçilərə görə hava limanında xüsusi əməliyyat keçirilib

Müqavilə bitdikdən sonra evə qayıdan və həddindən artıq sərxoş vəziyyətdə olan 32 dənizçiyə görə Frankfurt-Mayn hava limanında xüsusi əməliyyat keçirilib.

“Seanews.az” “seafarersjournal.com”-a istinadən xəbər verir ki, Ukrayna və Rusiya vətəndaşları olan dənizçilər özləri ilə gətirdikləri spirtli içkiləri qəbul etdikdən sonra təyyarənin ekipajının xahiş və iradlarına məhəl qoymayıblar, qoruyucu maskalar taxmaqdan imtina etdilər və stüardessaları incidiblər.

Federal polisin nümayəndəsi bildirib ki, cinayəti törədənlər Almaniyada dayanmaqla Namibiyanın paytaxtı Vindhukdan təyyarə ilə evə gedirlərmiş.

Sərxoş dənizçilərin “ipə-sapa yatmadıqlarını” görən kapitan hələ təyyarə havada olarkən federal polisə zəng edib.  Və təyyarə yerə enən kimi federal və əyalət polisinin əməkdaşları göyərtəyə qalxıblar.

Qaydanı pozan dənizçilərdən  13 nəfər 530 avroya qədər cərimə ödəməli olub. Bort bələdçilərinə qarşı dözümsüz hərəkətlərdə şübhəli bilinən daha üç dənizçinin hər biri isə 1030 avro xərcə düşüb.

Cərimələri ödədikdən sonra dənizçilər yollarına davam ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır