Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Antiinhisar qanunları pozduqlarına görə cərimə ödəyiblər

Hindistanın Rəqabət Komissiyası Yaponiyanın dörd şirkətinin – “Nippon Yusen Kaisha” (“NYK”), “Kawasaki Kisen Kaisha” (“K Line”), “Mitsui OSK Lines” (“MOL”) və “Nissan Motor Carrier Company”-nin (“NMCC”) antiinhisar qanunlarını pozduqlarını müəyyən edib.  

“Seanews.az” xəbər verir ki,  onlar, xüsusən də, avtomobil istehsalçıları üçün tenderlərdə iştirak zamanı da daxil olmaqla, yükdaşıma tarifləri və qrafiklərinin səviyyəsi ilə bağlı kommersiya məlumatlarının sövdələşməsində və mübadiləsində ittiham olunurlar.

Antiinhisar qanunları pozan dörd şirkətdən üçü Komissiya tərəfindən müxtəlif məbləğlərdə cərimələr ödəməyə məcbur edilib. “NYK” isə Hindistanın Rəqabət Komissiyası ilə əməkdaşlıq etdiyinə və istintaqa verdiyi töhfəyə görə cərimədən qurtula bilib.

Bundan əlavə,  “K Line”, “MOL” və “NMCC”-nin bir sıra əməkdaşlarına da cərimələr tətbiq olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır