

Rusiyada pul qaçaqmalçılığına görə dənizçiyə cinayət işi başlanıb
Rusiyanın Nevelsk limanına gələn gəminin kayutlarından birində metal seyfdə gömrük orqanına təqdim edilən ümumi bəyannamədə göstərilməyən 40 min dollar aşkar edilib.
“Seanews.az” xəbər verir ki, külli miqdarda pul qaçaqmalçılığı faktı üzrə heyət üzvlərindən birinə qarşı cinayət işi başlanıb. Pul müsadirə edilərək maddi sübut üçün Saxalin gömrüyünə aid anbarın saxlanma otağına qoyulub.
Nağd pul vəsaitlərinin gömrük sərhədindən keçirilməsi gömrük rüsumlarına və vergilərinə cəlb edilmir. Qanunvericilik yalnız ekvivalentində məbləğ 10.000 ABŞ dollarından çox olduqda vəsaitin bəyan edilməsi öhdəliyini müəyyən edir. Birdəfəlik 100 min dollardan çox vəsaitin keçirilməsi halında, bəyannamə ilə yanaşı, vəsaitin mənşəyini təsdiq edən sənədlər də təqdim edilməlidir.