Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Costa Concordia” səyahət gəmisinin qəzasından 10 il keçir

Düz 10 il əvvəl, 2012-ci il yanvarın 13-dən 14-nə keçən gecə  göyərtəsində 4252 sərnişin olan İtaliyanın  “Costa Concordia” səyahət gəmisi Toskana sahillərindəki İsola del Giglio adasında qayalıqlara dəyərək qəzaya uğramışdı.

32 nəfərin həlak olduğu qəza ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesində kapitan Françesko Şettinonu gəminin adanın yaxınlığından keçməsi nəticəsində qəzaya uğramasında günahlandırılırdı. Bundan əlavə, mətbuatda kapitanın qorxaqcasına davranaraq sərnişinlərin hamısının təxliyəsindən daha əvvəl gəmini tərk etməsi ciddi şəkildə tənqid olunurdu. Lakin F.Şettino məhkəməyə ifadəsində bunun adi bir qəza olduğunu və özünü təqsirli bilmədiyini demişdi.

16 il bir ay azadlıqdan məhrum edilən kapitana həmçinin beş il müddətinə gəmi kapitanlığı etmək qadağan olundu. Qərara əsasən, kapitan və onun tabeliyindəki heyət üzvləri təzminat da ödəməli idilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır