Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

“Wan Hai” gəmilərin alınması və Yaponiyada terminalın icarəsi üçün əlavə vəsait ayırır

Tayvanın konteyner daşıyan “Wan Hai Lines” şirkəti iki bəyanat yayıb. Bu bəyanatlarla Tayvan Fond Birjasındakı investorlar təkrar bazarda gəmilər almaq üçün əlavə 320 milyon dollar ayrıldığı, həmçinin İokohama limanında “Honmokufuto D-4” konteyner terminalının icarəsi üçün müqavilə bağlandığı barədə məlumatlandırılır.

“Seanews.az” xəbər verir ki, “Wan Hai Lines”-in son hesabatına görə, şirkətin gəlirləri 2021-ci ilin ilk üç rübündə üç dəfə artaraq 2020-ci ilin yanvar-sentyabr aylarındakı 53,9 milyard Tayvan dollarından 157,4 milyard Tayvan dollarına (5,4 milyard ABŞ dolları) çatıb. İlin ilk doqquz ayı üçün xalis gəlir bir il əvvəl 3,5 milyard  Tayvan dollarından 69,3 milyard Tayvan dollarına yüksəlib.

Artan mənfəət bu il şirkətə öz donanmasını xeyli genişləndirməyə imkan verib. Rüblük hesabata əsasən, 2021-ci ilin yanvar ayında qrup “JAPAN MARINE UNITED CORPORATION” və “NIHON SHIPYARD CO., LTD”-dən ümumilikdə 565 milyon ABŞ dolları dəyərində 3000 tonluq on iki yeni konteyner gəmisinin alınmasını bəyənib. Mart ayında “HYUNDAI HEAVY INDUSTRIES CO LTD”-dən ümumi məbləği 562 milyon ABŞ dollar olan 13,2 min TEU tutumlu beş konteyner gəmisi, may ayında isə “SAMSUNG HEAVY INDUSTRIES CO., LTD”-dən ümumilikdə 445,6 milyon ABŞ dolları dəyərində 13 min tonluq daha dörd gəmi sifariş edilib. İyun ayında qrup “NIHON SHIPYARD CO., LTD”-dən və “JAPAN MARINE UNITED CORPORATION”-dən  3000 TEU tutumlu on iki konteyner gəmisinin alınmasını təsdiqləyib. Əməliyyatın dəyəri 60,8 milyard ilə 64,8 milyard yen (536 milyondan 571 milyon ABŞ dolları) arasında dəyişir. 

Təkrar bazarda qrup bu ilin birinci rübündə ümumilikdə təxminən 293,7 milyon ABŞ dolları dəyərində 11 konteyner gəmisi əldə edib, onlardan doqquzu artıq istismar edilir. Oktyabrda 41 milyon ABŞ dollarına 1,77 min TEU tutumlu konteyner gəmisi alınıb, noyabrda isə idarə heyəti işlənmiş gəmilərin alınması üçün daha 200 milyon ABŞ dolları ayırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır