Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Gəminin mühərrikində yaranan nasazlığa görə Bosfor boğazında hərəkət bir saat dayanıb

Dekabrın 15-də saat 07:45 radələrində İstanbulda Sultan Yavuz körpüsünün altında “AHMET TELLI” tankerinin mühərrikində nasazlıq yaranıb. Bu zaman cənub istiqamətində Bosfor boğazından keçən gəmi qəza zolağında lövbər salıb. Bu vəziyyətə görə bir saata yaxın bütün gəmilərin hərəkəti dayandırılsa da, daha sonra yalnız bir istiqamətdə bərpa edilib.

“Seanews.az” xəbər verir ki, artıq saat 09:50-də tanker lövbərini qaldırıb, bu da hərəkəti tam şəkildə bərpa etməyə imkan verib.

Rumıniyanın Konstansiya şəhərindən yüklə gələn “AHMET TELLI” gəmisi İzmit limanına yan alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır