Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-03,
Seanews
Heyder Eliyev

Avropa dibdərinləşdirmə şirkətləri ABŞ və Çin bazarlarında işləmək imkanından məhrumdur

ABŞ-da federal Cons qanununa əsasən, bütün dəniz əməliyyatları və dərinləşdirmə işləri milli dəniz təhlükəsizliyi məsələsidir və buna görə də yalnız ABŞ şirkətləri tərəfindən həyata keçirilə bilər. ÇXR-də də oxşar vəziyyətdir.

“Seanews.az” xəbər verir ki, bu barədə Beynəlxalq Dibdərinləşdirmə Şirkətləri Assosiasiyasının rəhbəri Rene Kolman “Hidravlik qurğular və dibdərinləşdirmə” adlı V Beynəlxalq Konfransı ərəfəsində “PortNews”-a müsahibəsində danışıb.

“China Communications Construction Company Ltd” şirkətinin illik hesabatına əsasən, ABŞ bazarının potensial həcmi təxminən 1 milyard avro, ÇXR bazarı isə 4-5 milyard avro arasında qiymətləndirilir. Bura dənizdə və quruda dərinləşdirmə işlərinin həcmi daxildir

“Qeyd etmək lazımdır ki, ABŞ-da Qərbi Avropa ilə müqayisədə dibdərinləşdirmə şirkətləri çox deyil. Bunlar əsasən ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən kiçik yerli podratçılardır. Əgər siz Avropanın dibdərinləşdirmə şirkətisinizsə, o zaman işləmək üçün yalnız Amerika gəmiqayırma zavodlarında tikilmiş dibdərinləşdirmə qurğuları ilə işləyəcək və ABŞ-da qeydiyyatdan keçəcək şirkət yaratmalısınız. Bundan əlavə, sizdən yalnız ABŞ vətəndaşlarını işə götürmək tələb olunur",-deyə Beynəlxalq Dibdərinləşdirmə Şirkətləri Assosiasiyasının rəhbəri bildirib.

Çin də ABŞ kimi qapalı dibdərinləşdirmə bazarı olaraq qalır. Eyni zamanda, Çin şirkətləri dövlətdən maliyyə dəstəyi alırlar.

Avropa İttifaqından olan dibdərinləşdirmə şirkətləri mövcud vəziyyətdən narazıdırlar, çünki onların rəqabət üçün bərabər şəraiti yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır