Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

Konteyner gəmiləri gəlir rekordları müəyyənləşdirir

konteyner daşımalarına tələbatın sürətli artımı nəticəsində 2021-ci ilin sonuna dünyanın on aparıcı konteyner donanması operatorlarının mənfəəti 120 milyard ABŞ dollarına çata bilər.

“Seanews.az” xəbər verir ki, “Alphaliner” beynəlxalq konsaltinq şirkətinin analitiklərinin araşdırmasına görə, konteyner daşımalarında ixtisaslaşan on ən böyük gəmiçilik şirkətinin potensial vergidən əvvəlki mənfəəti (EBIT) bu il 115-120 milyard dollara çata bilər. Bu da 2020-ci ildən 6 dəfədən çox deməkdir.

2021-ci ilin doqquz ayı ərzində konteyner donanmasında fəaliyyət göstərən TOP-10 şirkət artıq 80 milyard dollar vergiqabağı mənfəət əldə edib, konteyner gəmilərini trans-Sakit okean xəttlərində cəmləşdirən şirkətlərin gəlirləri daha yüksəkdir.

Bu uğurların fonunda sənaye analitikləri konteyner daşıma bazarının pik həddə çatıb-çatmadığı ilə maraqlanırlar. Xüsusilə, “Drewry” ekspertlərinin fikrincə, dünya konteyner daşımalarının indeksi oktyabrın ilk günlərindən azalmaqda davam edir və yalnız son həftədə daha 1,5% azalıb. Eyni zamanda, 2021-ci ilin 4-cü rübünün əvvəlinə Şanxay-Los-Anceles xətlərində yükdaşıma tarifləri demək olar ki, 4%, Şanxay-Nyu-York xətlərində isə hətta 5% azalıb.

Gəmiçilik şirkətləri mənfəətlərini təkcə yeni (əsasən daha böyük) konteyner gəmiləri sifariş etmək üçün deyil, həm də yeni liman terminallarının və digər infrastruktur və logistika obyektlərinin tikintisinə investisiya etmək üçün istifadə edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır