Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Rusiya gəmisi Qdanskda saxlanılıb

Rusiya bayrağı altında Klaypedadan çıxan “Ruslana”  quru yük gəmisi Qdanskda saxlanılıb. 

“Seanews.az”, “Portalmorski.pl” saytına istinadən bildirir ki, Dəniz Axtarış və Xilasetmə Xidmətinin və digər xidmətlərin çağırışlarına cavab verməyən gəmi yoldan çıxıb və Sobyeşevski adası istiqamətində hərəkət edib.

“Ruslana”, təxminən sahildən bir kilometr uzaqlıqda 180 dərəcə dönüş edib və saya oturmaqdan yayınıb.

Dəniz Administrasiyası şübhəli manevrlər barədə sərhəd xidmətinə məlumat verib. Yüksək sürətli xilasetmə gəmisi və sərhəd gəmisi göndərilib.

Sərhədçilər gəmiyə qalxanda əvvəlcə heyətin ayıqlığını yoxlayıblar. Kapitan və heyətin 2 üzvünün müəyyən miqdarda spirtli işki qəbul etdikləri məlum olub.

Gəmi hazırda Qdanskda lövbərdədir.

Uzunluğu 120, eni 15, suya oturumu  7,2 metr olan gəmi 2007-ci ildə inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır