Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Danimarka hərbçiləri dəniz quldurluğunda şübhələndikləri gəmiyə hücum ediblər

“Esbern Snar” freqatında  olan Danimarka hərbçiləri  Nigeriyanın pirat hücumları baxımından təhlükəli rayonunda dəniz quldurları olduğu iddia edilən gəmiyə qalxmağa çalışıblar.  

“Seanews.az” xəbər verir ki, Nigeriya Dəniz Hüququ Assosiasiyasının yaydığı bəyanata görə, atışma zamanı quldurluqda şübhəli bilinən dörd nəfər qətlə yetirilib. Assosiasiya hadisənin dəqiq yerini müəyyən edəcək müstəqil araşdırma aparılmasına çağırış edib.

Nigeriya Dəniz Hüququ Assosiasiyasının bəyanatında deyilir:” Qvineya körfəzi sularında fəaliyyət göstərən Danimarka dəniz qüvvələri tərəfindən“Esbern Snar” freqatından dəniz qulduru şübhəsi ilə dörd nəfərin öldürülməsi xəbərini narahatlıqla qarşılayır. Assosiasiya Qvineya körfəzinin dəniz quldurluğundan, dəniz cinayətlərindən və cinayətin bütün formalarından xilası üçün göstərilən  səyləri dəstəkləyir. Bununla belə, Nigeriyanın ərazi sularından 25-30 dəniz mili cənubda, beynəlxalq sularda baş verdiyi iddia edilən bu hadisə ilə əlaqədar ölkənin suverenliyinin toxunulmazlığına, qanunun aliliyinə riayət edilməməsindən narahatdır”.  

Xatırladaq ki, Qvineya körfəzi hazırda piratçılıq baxımından ən təhlükəli regiondur. Nigeriya Hərbi Dəniz Qüvvələri bölgədə patrul fəaliyyətini gücləndirir və xüsusi dəniz tribunalının yaradılması imkanları nəzərdən keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır