

Dezinfeksiyaedici maddə içən dənizçi komaya düşüb
Türkiyəyə gedən gəmidə ukraynalı dənizçi ilə bağlı üzüntülü vəziyyət yaranıb və hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar.
“Seanews.az” seafarersjournal.com-a istinadən xəbər verir ki, gəmi Rusiyadan Türkiyənin Samsun limanına buğda daşıyırmış.
İlkin məlumatlara görə, adı açıqlanmayan gəminin 26 yaşlı heyət üzvü əvvəlcə spirtli içki qəbul edib, sonra isə naməlum miqdarda dezinfeksiyaedici maddə içib. Bundan sonra huşunu itirən dənizçi xəstəxanaya çatdırılıb və komaya düşüb.
Hazırda zərərçəkən reanimasiyadadır, həyatı təhlükə altındadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır