Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Ukraynanın dəniz donanması iki Amerika gəmisi ilə gücləndirilib

Yardım paketi çərçivəsində ABŞ-dan Ukraynaya iki patrul gəmisi göndərilib.

“Seanews.az” xəbər verir ki, noyabrın 23-də ABŞ-ın Merilend ştatının Baltimor şəhərindən “Ocean Grand” gəmisinin göyərtəsində “Fastov” və “Sumi” adlı iki gəmi Ukraynaya çatdırılıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Aleksiy Neijpapa Amerika tərəfinə təşəkkür edib və bildirib ki, ABŞ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumağa kömək etməklə transatlantik təhlükəsizliyi qoruyur.

“Fastov” və “Sumı” katerlərinin Qara və Azov dənizlərinin sularında dəniz təhlükəsizliyinin təmin edilməsində iştirak edəcəyi planlaşdırılır. Kiyevdə düşünürlər ki, katerlər Ukrayna Hərbi Dəniz Qüvvələrinə NATO üzvü və tərəfdaş dövlətlərin donanmaları ilə qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa imkan verəcək. Ukraynaya göndərilməzdən əvvəl  gəmilər ABŞ-da texniki xidmətdən keçib və əlavə avadanlıqla təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır