Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Dənizçiləri tibbi komissiyadan “keçirən” ər-arvaddan 200-dən çox möhür götürülüb

Murmanskdan olan evli cütlük dənizçilərin tibbi sənədlərini saxtalaşdırmaqda ittiham edilib.

“Seanews.az” xəbər verir ki, ər-arvad pul mükafatı müqabilində üzücü heyət üzvlərinin tibbi komissiyadan keçmələri haqqında sənədlər, habelə beynəlxalq sağlamlıq sertifikatları hazırlayıblar və saxta sənədləri başqa şəhərlərdəki dənizçilərə göndəriblər.

Axtarışlar zamanı şübhəlilərdən müxtəlif tibb təşkilatlarının 200-dən çox möhürü götürülüb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsindən qanun pozanlara qarşı cinayət işi açıldığı, ər və arvadın beş cinayətdə ittiham edildiyi bildirilib.

Cütlük günahlarını bütövlükdə etiraf edib və ortaqlarının adını çəkib. Cinayət işinin istintaqı davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır