

“Frontline” 4 tankerini satır
“Frontline” şirkəti 2014-2015-ci illərdə inşa edilmiş dörd LR2 tipli tankerinin satışı ilə bağlı razılığa gəlib. Alıcı “Frontline” ilə əlaqəli “SFL Tanker Holding Ltd.”-dir. Müqavilənin dəyəri 160 milyon dollardır.
“Seanews”-ın məlumatına görə, gəmilər təmizləyicilərlə təchiz olunub. Onların 2021-ci ilin dördüncü rübü - 2022-ci ilin birinci rübü ərzində yeni sahibinə təhvil verilməsi planlaşdırılır.
“Frontline Management AS”-nin baş direktoru Lars Barstadın sözlərinə görə, şirkət böyük tutumlu tankerlər seqmentinə diqqət yetirmək niyyətindədir.
Dörd tankerin satışından sonra “Frontline”-nin donanmasının ümumi dedveyti təxminən 14,3 milyon ton olan 74 gəmidən ibarət olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır