Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ABŞ və Fransa limandakı partlayışın peyk fotolarını Livana verməkdən imtina edib

Livan ABŞ və Fransadan Beyrut dəniz limanında baş verən partlayış zamanı vəziyyəti əks etdirən peyk şəkillərini istəyib, lakin nə Vaşinqton, nə də Paris onları təqdim edib.

"Seanews.az" xəbər verir ki, bu barədə çərşənbə axşamı Livanın xarici işlər naziri Abdullah Bu Həbib Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında mühazirə zamanı bildirib.

"Livan məhkəmələri və Livan prezidenti avqustun 4-də limanda baş verən partlayışın həmin vaxt peykdən çəkilmiş şəkillərini istədi. Amerikalılardan soruşduq, fransızlardan istədik, heç biri bizə vermədi. Sonra Rusiyadan xahiş etdik və Rusiya onları bizə verdi”, – deyib.

Livanın xarici işlər naziri xatırladıb ki, Rusiya bu şəkilləri ona dünən verib və o, Livana aparacaq. Livanlı nazir belə əməkdaşlığı Moskva ilə Beyrut arasında yaxşı münasibətlərin nümunəsi adlandırıb.

Bu Həbib noyabrın 20-dən 23-dək Moskvada işgüzar səfərdədir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır