Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İsrail və BƏƏ pilotsuz dəniz nəqliyyat; vasitələrinin dizaynı barədə razılığa gəlib

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir sıra pilotsuz dəniz nəqliyyat vasitələrinin dizaynı ilə bağlı razılığa gəlib.

"Seanews.az" xəbər verir ki, bununla bağlı BƏƏ-nin müdafiə sənayesi şirkəti "EDGE Group" və İsrailin Aviasiya və Kosmos Sənayəsi (IAI) birgə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, razılaşma həm ticari, həm də hərbi məqsədlər üçün istifadə ediləcək M-170 tipli pilotsuz dəniz vasitələrinin dizaynını əhatə edir. Razılığa əsasən, BƏƏ şirkəti dəniz vasitələrinin dizaynını və bəzi digər öhdəlikləri üzərinə götürüb. İsrail şirkəti isə uzaqdan idarəetmə kimi sistemləri üzərinə götürüb. 

Pilotsuz dəniz vasitələrinin kəşfiyyat, sahil mühafizəsi, dəniz təhlükəsizliyi, dəniz minalarının tapılıb məhv edilməsi, sualtı qayıqların aşkarlanması əməliyyatlarında istifadə oluna biləcəyi bildirilib. Həmçinin, dizayn ediləcək pilotsuz dəniz nəqliyyatı vasitələrinin  nəqliyyat, neft və təbii qaz kəşfiyyatı və digər məqsədlər üçün istifadə oluna biləcəyi vurğulanıb.

Xatırladaq ki, "EDGE Group" və "IAI" mart ayında pilotsuz uçuş aparatlarına qarşı sistemin yaradılmasına dair anlaşma memorandumu imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır