• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

"Araon” buzqıran gəmisi altı aylıq səfərə çıxacaq

Cənubi Koreya Antarktidada araşdırmalara yenidən başlamağa qərar verib.

“Seanews.az”-ın məlumatına görə, Koreya Qütb Araşdırmaları İnstitutunun nümayəndələri "Araon” buzqıran gəmisində  Antarktidaya yeni altı aylıq ekspedisiyaya çıxacaqlar.

Xatırladaq ki, daha əvvəl Antarktidada bütün tədqiqatlar koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.

Alimlər digərilərindən daha sürətlə əriyən Tueyts buzlağı ərazisində tədqiqat aparacaqlar. Cənubi Koreya 2019-cu ildən ABŞ və Böyük Britaniya ilə birlikdə bu buzlağı öyrənir.

Tədqiqatçılar həmçinin Cənubi Koreyanın “Çanboqo” stansiyasından 1600 kilometr aralıda yerləşən “Dome Circe”  adlanan əraziyə çatmaq, həmçinin Ros dənizinin ekosisteminin mühafizəsi layihəsini həyata keçirmək niyyətindədirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır