Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Teploxod balıqçı gəmisi ilə toqquşub

“ARGO SHIPPING CO” şirkətinin  (Nikolayev, Ukrayna) idarə etdiyi “HOVERLA A” quru yük gəmisi yunan balıqçı gəmisi ilə toqquşub.

“Seanews.az”-ın məlumatına görə, qəza oktyabrın 13-də səhər Egey dənizində Aqios Efstratios adasının qərbində baş verib.  Quru yük gəmisi Əlcəzairdən Yunanıstanın Nea Karvali limanına (Salonikin şərqi) gedirmiş.

Heyət üzvlərinin xəsarət alması və ya gəmilərə ciddi ziyan dəyməsinə dair məlumat yoxdur.

Hər iki gəmi öz sürəti, ancaq xilasedici gəminin müşayiəti ilə Mirina limanına çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır