Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Şanxay limanı liderliyini qoruyub saxlayır

Çinin Şanxay limanı liderliyini qoruyub saxlayır.Belə ki, Şanxay limanının 2021-ci ilin 9 ayı ərzində konteyner ötürmə qabiliyyəti 34,8 milyon TEU təşkil edib. Bu göstərici həm də, ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.

“Seanews.az”-ın məlumatına görə, 2021-ci ilin sentyabr ayında isə Şanxay limanında 3.84 milyon TEU işlənib ki, bu, cari ilin avqust ayı ilə müqayisədə 11.1%, 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 0.3% azdır.

Şanxayın “rəqib”i Sinqapurun Sinqapur limanında 2021-ci ilin 9 ayı ərzində 28,15 milyon TEU işlənib ki, bu da 2020-ci ilin eyni dövrünün  göstəricisindən 3,4% çoxdur.

2021-ci ilin sentyabr ayında Sinqapur limanının körpülərindən 3.12 milyon TEU keçib. Bu göstərici 2021-ci ilin avqustu ilə müqayisədə 1.9% və 2020-ci ilin sentyabrı ilə müqayisədə 2.8% azdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır