• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

14 ölkə İngiltərəni balıqçılıq müqaviləsini pozmaqda günahlandırır

Avropa Birliyinin (AB) 14 ölkəsi İngiltərə hakimiyyət orqanlarını balıqçılıq sənayesinə "əhəmiyyətli dərəcədə iqtisadi və sosial ziyan vurmaqda" və Brexit müqaviləsini pozmaqda günahlandırdıqları birgə bəyanat hazırlayıb.

“The Guardian” qəzeti yazır ki, bəyanatı Fransa, Belçika, İrlandiya, İspaniya, Hollandiya, İtaliya, Almaniya, Portuqaliya, Danimarka, Kipr, Malta, Litva, Latviya və İsveç imzalamaq niyyətindədir.  

Bu bəyanat, İngiltərə AB-dən çıxandan sonra ortaya çıxan münaqişənin davamıdır. Cari ilin yazında Fransa ilə İngiltərə arasında açıq bir qarşıdurmaya çevrildi: sonra Fransa sualtı qayıqla Böyük Britaniyanın ərazisi olan Cersi adasına elektrik enerjisinin verilməsini kəsməklə təhdid etdi.

Sentyabrın sonunda münaqişə böyüdü: bu dəfə Fransa səlahiyyətliləri İngiltərənin sahil sularında yalnız 12 Fransız balıqçı gəmisinə (uzunluğu 12 metrə qədər olan) balıq tutmaq üçün lisenziya verməsindən narazı qaldılar. 47 gəmi lisenziya almaq üçün müraciət etmişdi. Fransa hakimiyyəti Londonu “siyasi oyunlarda” günahlandırdı.

14 ölkənin müraciətində elektrik enerjisinin kəsilməsi kimi tədbirlərə əl atmaq təhlükəsi yoxdur. AB səlahiyyətliləri, məsələni diplomatiya yolu ilə həll etməyə ümid edir, Fransa da daxil olmaqla, daha radikallaşmış ölkələr AB-nin ümumi səylərini dəstəkləmək üçün sərt tədbirlərdən əl çəkməyin vacibliyini qəbul edirlər.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır