

Kömür terminalında yanğın baş verib
Oktyabrın 10-da günorta saatlarında, Xabarovsk diyarının Vaninski rayonunun “Daltransuqol” müəssisəsindəki kömür tədarükü terminalında yanğın baş verib.
“Seanews.az”-ın məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyi Xabarovsk Ərazisi Baş İdarəsinin yanğınsöndürənləri dərhal hadisə yerinə tələsiblər.
Məlum olub ki, qüllədən körpüyədək konveyer xəttini alov bürüyüb. Hadisə zamanı xətdə kömürün olmadığı və yükləmə həyata keçirilmədiyi bildirilir.
Hazırda yanğın lokallaşdırılıb, xəsarət alan olmayıb. Yerli mətbuatın yazdığına görə, hadisə zamanı körpüdə iki yük gəmisi dayanıbmış.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır