

Gəminin göyərtəsində dəyəri milyonlarla avro olan 1127 kq narkotik maddə gizlədilibmiş
Rusiya səfirliyi göyərtəsində rusların olduğu iddia edilən bir gəminin Dunkerk limanında saxlanılması ilə bağlı məlumat almaq üçün Fransa səlahiyyətlilərinə müraciət edib.
“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Makoqonov bildirib.
"Səfirlik gəmi heyətinin Dunkerk limanında saxlanılmasından xəbərdardır. Bu mövzuda rəsmi məlumat almaq üçün Fransa səlahiyyətlilərinə müraciət etdik",- deyib.
Daha əvvəl “Frans-Press” agentliyi, cümə günü Dunkerk limanında gəminin göyərtəsində bir tondan çox kokain ələ keçirildiyini bildirmişdi. Agentliyin məlumatına görə, Rumıniya kapitanının başçılıq etdiyi 20 heyət üzvü saxlanılıb. Saxlanılanların arasında ruslar, ukraynalılar, filippinlilər və efiopiyalıların olduğu iddia edilir. Liberiya bayrağı altında olan gəmi Braziliyadan Şimali Avropa limanlarından birinə gedirmiş. Çərşənbə axşamı səhər saxlanılanlar Parisə aparılıb. İstintaq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Xidmətinə həvalə edilib. Mənbənin məlumatına görə, gəminin göyərtəsində "bir neçə on milyon avro" dəyərində 1127 kq narkotik maddə gizlədilibmiş.