

Murmansk sahillərində batan gəmidən iki nəfər xilas edilib
Ağ dənizin Murmansk sahillərində “Favorit” gəmisi batıb.
AZƏRTAC xəbər verir ki, göyərtəsində beş nəfər olan gəmi Rusiyanın Murmansk vilayətinin Kaşkaranеntsı kəndi yaxınlığında SOS siqnalı verib. Göyərtədə olan 4 kişi və bir qadının xilasedici qayığa mindikləri bildirilib. Lakin sahilə yan alan qayığın boş olduğu müəyyən edilib.
“İnterfaks” agentliyinin xəbərinə görə, qayıqda olan iki nəfər xilas edilib və xəstəxanaya yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır