Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-09,
Seanews
Heyder Eliyev

“Zumwalt” layihəsinə aid yeni mina daşıyan gəmi ilk dəfə dənizə çıxıb

Yeni gəmi sınaq üzüşlərindən sonra Men ştatının sahillərini ötən həftənin cümə günü tərk edib və Atlantik Okeanına səmt götürüb.

“Seanews.az” xəbər verir ki, “USS Lyndon B. Johnson” adlı yeni gəmi Bat şəhərinin (Men ştatı) gəmiqayırma zavodunda inşa edilib.

Adı çəkilən gəminin uzunluğu 186 metrdir. Bundan öncə inşa edilən bu tipli gəmilərin uzunluğu 155 metrə bərabər idi.

ABŞ-ın 36-cı prezidentinin qızının adını daşıyan gəminin inşası 2019-cu ildə tamamlanıb.

“Zumwalt” layihəsi ABŞ-ın müasir tarixində ən yaddaqalan texnoloji uğursuzluqlardan biri hesab edilir. Yeni gəmini hazırlayarkən, Amerika Donanmasında əsas gəmilərdən biri olacağı güman edilirdi. Nəticədə inşa ediləcək gəmilərin sayı 3-ə endirilir. Hazırda bu gəmilərin ikisi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır