Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Böyük balıqçılıq müəssisəsi 4.625 milyard rubla satılıb

Saxalində “Uzaqşərqbalıq” idarəetmə şirkətlər qrupuna daxil olan “Ostrovnoy MMC” balıq kombinatı Çukotkada yerləşən "Çukotrıbpromxoz" ASC-nin səhmlərinin 100%-ni 4.625 milyard rubla (ilkin qiyməti 2.5 milyard rubl olan) alıb.

“Seanews.az” xəbər verir ki, bu barədə hərracı keçirən Rusiya Federasiyası Hərrac Evinin məlumatında bildirilir. ​​

“Çukotrıbpromxoz”, Çukotka muxtar vilayətinin əmlakının özəlləşdirilməsi çərçivəsində satılıb. “Çukotrıbpromxoz” şirkətinin əsas sərvəti bəzi balıqları tutmaq üçün 2,16 milyard rubl dəyərində kvotalardır. Kvotalar 2033-cü ilə qədər etibarlıdır. İki iddiaçının iştirak etdiyi hərracda başlanğıc qiymət hərrac zamanı demək olar ki, iki dəfə artıb.

"Əslində, bugünkü hərrac çərçivəsində biz 2033-cü ilə qədər bəzi dəniz canlılarını tutmaq üçün kvotalar satdıq.  Qalibə yaxın bir şirkət artıq oxşar hərracda - Uzaq Şərqdə balıq tutmaq üçün kvota satışında  iştirak etmişdir. Bu bazarda rəqabət çox yüksəkdir”,-deyə Rusiya Federasiyası Hərrac Evinin baş direktoru Andrey Stepanenko bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır