Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Mal-qara daşıyan məşhur gəmi Tarraqona limanı yaxınlığında yanıb

Mal-qara daşıyan məşhur «Elbeik” gəmisi İspaniya sahillərində Tarraqona limanı yaxınlığında lövbərdə yanıb. Heyət təxliyə edilib.

“Seanews.az” “Splash”-a istinadən xəbər verir ki, yanğınsöndürənlər özlərini hadisə yerinə tez çatdırsalar da, 54 yaşlı gəmidə getdikcə güclənən alovu yalnız bir gün sonra söndürmək mümkün olub.

İlkin versiyaya görə, yanğın əvvəlcə kayut və ya gəminin alt  bölmələrindən birində başlayıb, sonra sürətlə yayılaraq bütün gəmini bürüyüb.  

Mal-qaranın yüklənməsini gözlədiyindən hadisə zamanı “Elbeik”in göyərtəsində heyvan olmayıb.  

Toqo bayrağı altında üzən gəmi 1967-ci ildə inşa edilib. Keçən ilin dekabrında Türkiyə səlahiyyətliləri İspaniyadan 1800 heyvan gətirən gəmidən imtina etdikdən sonra “Elbeik” bir müddət qəzetlərin manşetlərindən düşmədi.

Sonra sahibləri bir neçə ay başqa ölkələrdə alıcı axtaranda, gəmi də Aralıq dənizində mənasız yerə "dolaşırdı". Onda yeni alıcı axtarışı uğursuzluqla nəticələndiyindən mal-qara daşıyan gəmi də İspaniyaya qayıtmaq məcburiyyətində qaldı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır