

Sərnişinlərin marağı kateri çevirib
Krım sahillərində göyərtəsində onlarla turist olan gəzinti kateri çevrilib. Qəzaya səbəb isə nə qədər qəribə olsa da, sərnişinlərin marağı olub.
"Seanews.az" xəbər verir ki, hadisə sahil xəttindən təxminən 10 km uzaqlıqda, Fiolent burnu ərazisində baş verib. Dəniz gəzintisi zamanı sərnişinlər meduza görürlər və maraq onlara güc gəlir.
48 yaşlı kapitandan başqa, gəmidəkilərin hamısı eyni vaxtda ayağa qalxaraq dəniz canlılarını müşahidə etmək istəyir. Ağırlıq mərkəzinin kəskin dəyişməsindən və həddən artıq əyilmədən gəmi çevrilir.
Yaxınlıqdan keçən iki ekskursiya gəmisi onlara kömək edir. İnsanlar sudan sahilə çıxarılır. Sahil Mühafizəsi gəmisi isə qəzaya uğramış gəzinti katerini yedəyinə alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır