• Bakı, 2021-07-24,
Seanews
Heyder Eliyev

2022-ci ilin dünya dənizçilik mövzusu açıqlanıb

Beynəlxalq Dəniz Təşkilatı (IMO) 2022-ci ilin dünya dənizçilik mövzusunu açıqlayıb.

“Seanews.az”xəbər verir ki, gələn il “Daha yaşıl dəniz daşımaları üçün yeni texnologiyalar” mövzusuna həsr olunub.

IMO-dan bildirilib ki, məqsədə nail olmaq üçün yeni texnologiyaların istifadəsi və təşviqi ilə geniş fəaliyyət həyata keçiriləcək.

Gələn il Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərində nəzərdə tutulan iqlim dəyişiklikləri, okeanların, suların və dəniz ehtiyatlarının istifadəsinə də diqqət artırılacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır