

Dəniz quldurları ilk dəfə hakim qarşısına çıxarılıb - FOTO
2019-cu ilin mayında Toqo sularında "G-Dona 1" adlı gəmiyə hücum edən 10 dəniz quldurı həbs olunub.
“Seanews.az” xəbər verir ki, Lome məhkəməsinin qərarı ilə onlara 12-20 il arasında həbs cəzası verilib.
Beləliklə, Qərbi Afrika ölkəsində ilk dəfə piratlar cəzalandırılmış olub.
Qeyd edək ki, dəniz quldurlarının 7-si Nigeriya, 2-si Toqo, 1-i isə Qana vətəndaşıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır