

Quru yük gəmisində koronavirusa kütləvi yoluxma baş verib
Sinqapura məxsus “Nord Sunda” adlı quru yük gəmisində koronavirusa kütləvi şəkildə yoluxma faktı qeydə alınıb.
“Seanews.az” xəbər verir ki, analizlər nəticəsində 16 nəfər heyət üzvündə virus aşkarlanıb. Onlardan 5-nin vəziyyəti daha ağır olduğundan hospitala yerləşdirilib.
Liberiyadan Fransaya üzən gəmi hazırda Havr limanında lövbərdə durub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır