





Şri-Lankada konteyner gəmisi yanıb
Şri-Lankadan Sinqapura üzən konteyner gəmisi yanıb.
“Seanews.az” xəbər verir ki, yanğın maşın şöbəsindən başlayıb.
Hadisə yerinə köməyə gələn yedək gəmisi üzən vasitəni Malaka boğazındakı limana aparıb.
Yanğın nəticəsində heyətin bir üzvü həyatını itirib.
Xatırladaq ki, təxminən bir ay əvvəl bu ərazidə başqa bir konteyner gəmisində də yanğın baş vermişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır