Konteyner gəmisi üzən tərsanəyə çırpılıb - VİDEO
“Cap San Antonio” adlı konteyner gəmisi üzən tərsanəyə çırpılıb. Hadisə iyunun 20-də Braziliyanın Santus limanında baş verib.
“Seanews.az” xəbər verir ki, qəza nəticəsində üzən tərsanə batıb, konteyner gəmisinin gövdəsində isə dəlik əmələ gəlib.
Üzən vasitə yoxlama və təmir üçün lövbər dayanacağına aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır