• Bakı, 2021-07-24,
Seanews
Heyder Eliyev

Dənizçilərin heyət dəyişikliyi problemi yalnız peyvəndlənmə yolu ilə həll oluna bilər

Bir sıra ölkələrdə pandemiya ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, hələ də gəmilərdə heyət dəyişikliyi problemi qalır.

“Seanews.az” xəbər verir ki, dənizçilik sənayesinin təmsilçiləri mövcud vəziyyətdən çıxış yolunu yalnız qlobal peyvəndlənmədə görürlər.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) bununla bağlı xüsusi qətnamə qəbul edib. Sənədə əsasən, ölkələr yoluxub sağalmış, peyvənd olunmuş və olunmamış dənizçilər haqqında məlumat təqdim etməlidirlər. 

Bu qətnamə peyvənd probleminin əhatə dairəsinin müəyyənləşdirilməsi və dənizçilərin lazımi miqdarda dərman ehtiyatı ilə təmin olunmasında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və əczaçılıq şirkətləri ilə fəal iş aparmaq üçün önəmli addım sayılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır