Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Böyük Britaniyanın sahil mühafizə xidməti “Nuhun gəmisini” saxlayıb

İngiltərə Sahil və Dəniz Agentliyi (MCA) İpsvitç limanında “Nuhun Gəmisi”nin surətini saxlayıb.

“Seanews.az” xəbər verir ki, gəmini üzüşə yararsız hesab edən səlahiyyətli orqanlar təhlükəsizlik tələblərinə uyğun təmir işləri aparılanadək onun limandan çıxmasına qadağa qoyublar.

Məlumata görə, sözügedən gəmi hollandiyalı teleprodüsser Aad Petersə məxsusdur. 

Dəniz Agentliyi rəsmisinin sözlərinə görə, Nuhun gəmisinin surəti 1960-cı ildə inşa edilib və hazırda onun dəyəri 3.7 milyon dollardır.

Gəmi 2019-cu ilin noyabrında Hollandiyadan gəlib və sahil mühafizə xidməti tərəfindən saxlanılıb. Bu müddət ərzində onun limana 17 min dollar borcu yığılıb.

Gəmi sahibi yerli orqanlara müraciət etsə də, rəsmilər gəminin təhlükəsizliyini təsdiqləyən sənədləri təqdim etməyi tələb edir.

Aad Peters gəmini 2010-cu ildə alıb. Gəmini Bibliya mövzusuna uyğun taxta heykəllərlə bəzəyərək muzeyə çevirmək üçün 50 nəfər mütəxəssis 5 ay müddətində çalışıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır